Haqqımızda

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 14 aprel 2017-ci ildən fəaliyyətdədir.
Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquq və maraqlarını müdafiə edir və onların problemlərinin həllinə dəstək göstərir.
Universitetdə sosial, mədəni və elmi tədbirlərin təşkilinə kömək edir, tələbələrin fəallığını artırır.
Eyni zamanda tələbələrin sosial rifahının yaxşılaşdırılması, güzəştlər və müxtəlif dəstək proqramlarının həyata keçirilməsinə şərait yaradır.
Missiyamız - Tələbələrin hüquq və maraqlarını qorumaq, onların sosial, akademik və şəxsi inkişafına dəstək olmaq.

İttifaqın struktur genişliyi və üzv sayı
BMU THİK-in 4121 üzvü var. Komitənin 7 nəfərdən ibarət rəyasət heyəti, 3 nəfərdən ibarət təftiş komissiyası və 15 nəfər Komitə üzvü fəaliyyət göstərir.
Hədəflərimiz:


